Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86336
az

ABŞ Gürcüstanın  4 hakiminə sanksiya tətbiq edib

22:4305 Aprel, 2023
155
DÜNYA
  • A

ABŞ Dövlət Departamenti Gürcüstanın dörd yüksək vəzifəli hakiminə sanksiya tətbiq edib.

OXU24.COM xəbər verir ki, bu barədə ABŞ-ın Gürcüstandakı Səfirliyi məlumat yayıb.

Bildirilib ki, departament hakimlər – Mixeil Çinçaladze, Levan Murusidze, İrakli Şengelia və Valerian Tsertsvadzeyə korrupsiya fəaliyyətlərində iştirak etdiklərinə görə sanksiya tətbiq edib.

Qərara əsasən sözügedən hakimlərin və onların birinci dərəcəli ailə üzvlərinin ABŞ-a girişi qadağan edilib.

Açıqlamada bildirilib ki, adıçəkilən şəxslər məhkəmə sədrləri və Gürcüstanın Ali Ədliyyə Şurasının üzvləridirlər və onlar vəzifələrindən sui istifadə edərək qanunun aliliyinə, Gürcüstanda ictimaiyyətin məhkəmə sisteminə olan inamına xələl gətiriblər.

“ABŞ demokratiyanın dəstəklənməsi və qanunun aliliyi ilə bağlı gürcülərin yanındadır və cavabdehliyin təşviqi üçün ictimai vəzifəsindən şəxsi mənfətləri naminə sui-istifadə edənlərin ifşasına davam edəcək. Biz tərəfsiz və müstəqil fəaliyyət göstərən bütün dürüst və cəsarətli hakimlərin yanındayıq”, - deyə bəyanatda bildirilib.

Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ölkə baza valyutasını dəyişdi -Dollardan İMTİNA ETDİ
Peskov Putinin Yeni il tətili ilə bağlı planlarını açıqladı
Fransanın Baş nazirinin reytinqi tarixi minimuma endi

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ