İranyönlü silahlıların ABŞ-ın Suriyadakı hərbi bazalarına hücumları fonunda ABŞ USS George H.W. Bush təyyarədaşıyan gəmisinin qrafikində dəyişiklik edib.
Oxu24.com xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq bildirib.
“Biz İslam İnqilabı Keşikçiləri Korpusunun Suriyadakı qoşunlarımıza qarşı hücumlarının sayında artım müşahidə etdik. Ona görə də ehtiyat tədbiri olaraq təyyarədaşıyan gəmini Suriya sahillərinə bir az da yaxınlaşdırdıq, lakin o, hələ də Avropa Komandanlığının nəzarətindədir. Amma bu, təbii ki, regionda hərbi qulluqçularımıza qarşı hücumların sayının artdığını gördüyümüz üçün edilib”, – Pentaqonun sözçüsü bildirib.
Sinq vurğulayıb ki, ümumilikdə Vaşinqton Suriyadakı mövcudluğunu tənzimləmək niyyətində deyil.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR