Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86294
az

Salyandan dəhşətli xəbər gəldi: Ölənlər və yaralılar var +ADLAR

18:1105 Aprel, 2023
624
CƏMİYYƏT
  • A

Bakı-Salyan yolundakı qəzada xəsarət alanların kimliyi məlum olub. 

“Report”un Aran bürosunun məlumatına görə, bunlar  Neftçala rayon sakinləri - 1966-cı il təvəllüdlü Hüseynov Elxan Ramil oğlu, 2020-ci il təvəllüdlü Bağırov Baycan Bayram oğlu və 1960-cı il təvəllüdlü Muradov Mirsəkinə Mirqiyam oğludur.

17:10
Bakı-Salyan yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb.

Baş Dövlət Yol Polisi İdarəsindən "Report"a bildirilib ki, hadisə magistral yolun 29-cu kilometrliyində qeydə alınıb:

"İlkin məlumata görə, “Hyundai Accent” markalı 99-TN-320 dövlət nömrə nişanlı avtomobil xarab olaraq yolun kənarında dayanıb. Eyni istiqamətdə hərəkətdə olan “KamAZ” markalı 42-BM-084 dövlət nömrə nişanlı avtomobil ona çırpılıb. Hadisə nəticəsində “Hyundai Accent” avtomobilində olan üç nəfər qadın sərnişin həlak olub. Sürücü, bir qadın və bir azyaşlı uşaq isə xəsarət alıb".

Faktla bağlı araşdırma aparılır.

 

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yeddinci sinif şagirdi vəfat edib – FOTO
Yenidən dünyaya gəlmək həvəsi -Sərvaz HÜSEYNOĞLU
Sabah 36 dərəcə isti olacaq

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Həyətində çətənə kolları yetişdirən şəxs saxlanıldı