Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86225
az

Xaçmaz Ədliyyə İdarəsinin sabiq rəisi yarım milyonluq dələduzluqda ittiham olunur

15:4204 Aprel, 2023
189
KRİMİNAL
  • A

Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə İdarəsinin sabiq rəisi Cavanşir Əvəzov barəsində cinayət işi başlanılıb.

APA-nın əldə etdiyi xəbərə görə, sabiq idarə rəisi bələdiyyələrə təzyiq göstərməklə torpaq sahələrini qanunsuz yolla ələ keçirməkdə ittiham olunur.

İttihama görə, Cavanşir Əvəzov vəzifə səlahiyyətlərindən istifadə edərək bələdiyyələrdən qeyri-qanuni olaraq aldığı torpaq sahələrini yaxınlarının adına sənədləşdirib.

Cavanşir Əvəzov barəsində Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda dələduzluq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb, barəsində istintaq dövrü müddətində həbsə alternativ qətimkan tədbiri seçilib.

Cavanşir Əvəzov cinayət işi ilə bağlı bir müddət əvvəl vəzifəsindən azad olunub.

İş üzrə zərərçəkmiş qismində tanınmış bələdiyyələrə və Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə dəymiş ziyan 500 min manatdan çoxdur.

İş üzrə məhkəmə araşdırması başlayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ
Erməni hərbi cinayətkarların işi Bakı Hərbi Məhkəməsinin sədrinin icraatına verilib
İmişli sakininin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı araşdırma aparılır

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ