Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86214
az

Bu qida ürəyə gedən damarları 5 qəqiqəyə təmizləyir (VİDEO)

13:4604 Aprel, 2023
860
TİBB
  • A

Xolesterol problemi bütün dünyada yaş həddinin artması, hərəkətsiz  həyat tərzi ilə paralel olaraq artmaqdadır… Səviyyəsi çox olan xolesterol qaraciyəri məhv edir, infarkt, iflic kimi bir çox xəstəliyə zəmin hazırlayır. Pis xolesterolun səviyyəsini aşağı salmaq sağlam həyat tərzi və düzgün qidalanmaya əməl etməklə mümkündür. 
 Aparılan araşdırmalara görə, doymuş yağdan kasad, amma lif, antioksidant, təkli doymamış yağ və balıqla zəngin rasion ürək-damar sisteminin sağlamlığını dəstəkləyir. Gün ərzində 7 qr liflə zəngin qida qəbul etmək iflic riskini 7% aşağı salır.  Bir sözlə, ürəyimizi qorumaq bir az da özümüzdən asılıdır. 
 Bəs, bunun üçün neyləməliyik? 
 Təzə tərəvəz, meyvə, balıq və lifli qidalar qəbul etməyə üstünlük verin. Ümumi yağ qəbulu pəhrizin 30%-ndən artıq olmamalıdır. Doymuş yağ miqdarı 7-10%, çoxlu doymamış yağ qəbulu 10%, təkli doymamış yağ miqdarı 10-15% azaldılmalıdır. Gün ərzində 50-90 mmol kalium qəbul edin, doymuş yağ qəbulunu azaldın və lazımi miqdarda kalsium və maqneziumlə zəngin qidalara üstünlük verin. Qırmızı əti həftədə 1, uzağı, 2 dəfə yeyin və çalışın ki, miqdarı 100 qr-dan çox olmasın. Triqliserid dəyəriniz yüksəkdirsə, alkoqollu içkilərdən uzaq durun, yüksək deyilsə belə, alkoqol qəbulunu azaldın. Gün ərzində qəbul etdiyiniz duz 5 qr-dan çox olmasın. İdeal çəkiyə çatmaq üçün fiziki aktivliyinizi artırın, siqaret və alkoqol kimi zərərli vərdişlərdən əl çəkin. 

Ürək-damar sisteminə faydalı olan qidalar. 
Liflə zəngin qidalar öd turşularının ifrazını azaldır.  Beləcə, pəhrizə daxil olan yağ və xolesterol qəbulunun azaldılmasına təsir edir. Səbəb isə liflərin doyumluluq hissi yaratmasıdır. Nəticədə, qida qəbulu azalır, xüsusilə, pis xolesterolun səviyyəsi aşağı düşür. Xolesterol problemi olamasa belə, lifli qidalar ürək-damar sisteminin sağlamlığı və qaraciyərin nizamlı işləməsi üçün faydalıdır. Bəs, pis xolesterolun səviyyəsini aşağı salan qidalar hansılardır? Sualın cavabı videonun davamındadır…
 
 Ürək-damar sisteminə faydalı olan qidalar bunlardır: 
1. Pomidor. Pomidora qırmızı rəngi verən likopen güclü antioksidantdır.  Məhz likopen sayəsində pomidor ürək-damar xəstəlikləri riskini aşağı salır, qanda xolesterol səviyyəsini nizamlayır.  Pomidoru təzə-təzə, yaxud bişmiş halda yeyə bilərsiniz.  2016-cı ildə siqaret çəkməyən və hər hansı bir dərman preparatı qəbul etməyən 40 könüllü üzərində bir təcrübə aparıldı. Məlum oldu ki, zeytun yağı əlavə edilmiş pomidor çiy pomidora nisbətən xəstəlik riskini daha sürətlə azaldır. 
2. Qulançar. Yaz aylarının şəfalı bitkilərindən olan qulançar beta-karoten, B6 vitamini, fol turşusu və liflə zəngindir. 1 kasa soyutma bişmiş qulançar orqanizmin gündəlik B vitamini ehtiyacının 66%-ni ödəyir. Qulançarın kalori dəyəri, təxminən, 25-dir. Bu tərkib sayəsində qulançar ürəyin əsas damarlarını təmizləyir, qan axınını stabilləşdirir. 
3. Şirin kartof. Tərkibində A, C, B və B6 vitamini olan şirin kartof, eyni zamanda, lif mənbəyidir. Bundan əlavə, tərəvəzdə fosfor, mis, kalium, manqan da var. Bu xüsusiyyəti ilə şirin kartof orqanizmdə toxluq hissi yaradır, qəfil baş qaldıran aclıq hissinin qarşısını alır. Malik olduğu liflər pis xolesterolun səviyyəsinin aşağı düşməsini təmin edir, ürək-damar sistemi xəstəliklərinə tutulma riskini azaldır. Qaraciyər yağlanmasına mane olmaq, infarktı yaradacaq səbəbləri aradan qaldırmaq da şirin kartofun hünərləri sırasındadır. Bununla yanaşı, tərəvəz həzm sisteminin işini nizamlayır. 
4. Sarımsaq. Güclü antioksidant olan sarımsaq tərkibindəki kversetin sayəsində damar tıxanıqlığını önləyir, qan təzyiqini stabilləşdirir, qanda yağların miqdarını azaldır. Beləcə, xolesterolun damarlara zərər vurmasına imkan vermir. Gün ərzində 1 diş sarımsaq yemək mütləqdir. Amma qeyd edim ki, qan durulducu,  yüksək təzyiq əleyhinə dərman içənlər  sarımsaq qəbulundan öncə öz həkimi ilə məsləhətləşsə, yaxşı olar. 
5. Paxlalılar. Malik olduqları lif, sterol və yağ kimi elementlər sayəsində paxlalılar xolesterolun orqanizm tərəfindən mənimsənilməsini yavaşladır, ürək-damar sistemi xəstəlikləri zamanı müalicəvi  effekt verir. Mütəxəssislər tövsiyə edir ki, həftədə 3 dəfə  paxlalılardan hazırlanan yemək yeyilməlidir. Xüsusilə, dən lobyanın bu baxımdan əhəmiyyəti daha çoxdur. Dən lobyanın 100 qramında, təqribən, 76 qr bitki mənşəli sterol var.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ