Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan ona qarşı hücum edildiyi barədə yayılan məlumatları təkzib edib.
Oxu24.com xəbər verir ki, bu barədə məlumatı “Haykakan jamanak” qəzeti yayıb.
“Mənə nə siyasi, nə də hər hansı digər motivlərlə hücum edilməyib. Təəssüflər olsun ki, haqqımda yayılan şayiələri şəxsən təkzib etməliyəm”, - deyə o qeyd edib.
Xatırladaq ki, aprelin 3-ü Ermənistan parlamentinin spikeri Alen Simonyan Aşot Paşinyanın hücuma məruz qaldığını açıqlayıb. Onun sözlərinə görə, hadisə aprelin 2-si baş verib. Ermənistan polisinin məlumatına görə isə, məsələ ilə bağlı hər hansı şikayət daxil olmayıb.
Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR