Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86198
az

Almaniya öz vətəndaşlarına müraciət etdi: Rusiyaya getməyin!

11:4804 Aprel, 2023
324
DÜNYA
  • A

Almaniya Xarici İşlər Nazirliyi öz vətəndaşlarını “əsassız həbs” təhlükəsini və ölkədə vəziyyətin mümkün pisləşməsini xatırladaraq, Rusiyaya səfərlərdən çəkinməyə çağırıb.

Oxu24.com  xəbər  verir  ki, Almaniya Xarici İşlər Nazirliyi tərəfindən aprelin 4-də Rusiyaya səfərə gedən və ya bu ölkədə olan Almaniya vətəndaşları üçün yenilənmiş tövsiyələr dərc edilib.

Rusiyada gözlənilən təhlükələr siyahısına “özbaşına həbs”lə yanaşı, terror aktları riski, turizm mərkəzlərində şəxsi əşyaların oğurlanması, klublarda narkotiklərin paylanması, cinsi zorakılığın qurbanına çevrilmə riski də daxildir.

Bundan əlavə, Ukrayna ilə həmsərhəd bölgələrdə və Şimali Qafqaz respublikalarında təhlükəsizlik riski qeyd olunub. Rusiyaya məcburi səfər zamanı Almaniya Xarici İşlər Nazirliyi onu diqqətlə planlaşdırmağı və sadalanan bütün “təhlükələri” nəzərə almağı məsləhət görür.

 

Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Peskov Putinin Yeni il tətili ilə bağlı planlarını açıqladı
Fransanın Baş nazirinin reytinqi tarixi minimuma endi
"Amerikalılar Rusiyaya raket zərbələri endirirlər" -Peskovdan KRİTİK AÇIQLAMA

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ