Bakıda elan saytlarının birində 100 minə alman ovçarkası satılır.
Milli.Az xəbər verir ki, satıcı itin aprelin 6-da 3 ayı tamam olacağını qeyd edib.
"Cinsi erkəkdir. Peyvəndləri də vurulub".
İtin bu qədər baha olmasına satıcı onu səbəb göstərir ki, dünyada bu rəngdə cins itin bir dənə olmasıdır.
Bundan başqa o, real alıcı olarsa, endirim olacağını qeyd edib.
"Bu itin atası və anası da məndədir. Onları xaricdən gətizdirmişəm. Qapqara cins idi, balası belə qırmızı olub".
Oxu24.com
ŞƏRHLƏR