Niderland Ukraynaya 274 milyon avro məbləğində yardım göndərəcək.
Oxu24.com xarici KİV-ə xəbər verir ki, bu barədə Niderlandın Xarici İşlər Nazirliyi, Xarici Ticarət və İnkişaf Əməkdaşlıq Nazirliyi parlamentə göndərdiyi məktubda bildirib.
Təxminən 180 milyon avro humanitar yardım, səhiyyə, enerji təchizatı, mənzil və infrastrukturun bərpası, eləcə də kənd təsərrüfatı torpaqlarının minalardan təmizlənməsinə yönəldiləcək. Daha 94 milyon avro isə Kiyev ilə NATO arasında əməkdaşlığın gücləndirilməsinə, habelə Ukrayna mədəniyyətinin qorunmasına və qorunub saxlanmasına yönəldiləcək.
Bu yardım Niderland hökumətinin 2023-cü ildə Ukraynaya dəstək üçün ayırdığı 2,5 milyard avroya daxildir.
Bundan əlavə, məktubda Niderlandın Xarici Ticarət və İnkişaf üzrə Əməkdaşlıq naziri Lişe Şraynmaxerin Ukraynanın bərpasına Amsterdamın işgüzar dairələrinin daha fəal cəlb olunması üçün keçmiş diplomat Ron van Darteli xüsusi nümayəndə təyin etdiyi deyilir.
Nigar
Oxu24.com
ŞƏRHLƏR