Xəbər verdiyimiz kimi, Xalq artisti Mehriban Zəki müalicə aldığı xəstəxanadan evə buraxılıb.
OXU24.COM xəbər verir ki, aktrisa keçirdiyi avtomobil qəzasından sonra sosial şəbəkədə ilk fotosunu paylaşıb.
Sənətçi şəklinə "Anlamayana qədər heç bir emosiyanı yaşaya bilməzsən" sözlərini yazıb.
Xatırladaq ki, Xalq artisti Mehriban Zəki martın 22-si Abşeron rayonu Saray qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. Həmin qəza zamanı Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev vəfat edib, həyat yoldaşı, Əməkdar artist Dilarə Əliyeva da yüngül bədən xəsarətləri alıb.
Oxu24.com
ŞƏRHLƏR