Bir müddət öncə yenidən xəstəxanaya yerləşdirilən Xalq artisti, tanınmış qarmon ifaçısı Aftandil İsrafilovun vəziyyəti yaxşı deyil.
OXU24.COM bildirir ki, bu barədə Lent.az-a ifaçının qızı Həcər İsrafilova məlumat verib.
O, deyib ki, Aftandil İsrafilov reanimasiyadadır:
"Vəziyyəti nə yaxşıdır, nə pis. Eyni olaraq qalır. Həkimlər əllərindən gələni edirlər. Allahın köməkliyi ilə hər şey yaxşı olacaq".
Qeyd edək ki, kəskin plevritdən (ağciyərə su yığılması) əziyyət çəkən 81 yaşlı qarmon ifaçısı Aftandil İsrafilov noyabrın əvvəli xəstəxanaya aparılmış, daha sonra səhhəti normallaşmışdı.
Oxu24.com
ŞƏRHLƏR