Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86156
az

İran Azərbaycanın media siyasətinə də qarışmağa başladı... "Bakı dövləti" nədir?..

20:0603 Aprel, 2023
159
CƏMİYYƏT
  • A

Azər Həsrət: “İstər Azərbaycanda, istərsə də bütövlükdə İranda baş verənlərlə bağlı biz daim obyektiv yanaşma sərgiləmişik və belə də davam edəcəyik”
img
İran Azərbaycan Xarici İşlər Nazirliyinə etiraz notası təqdim edib. Bu barədə İran mediası məlumat yayıb.

Qeyd edilib ki, etiraz notası Azərbaycan XİN-ə İranın Bakıdakı səfirliyi vasitəsilə çatdırılıb. Etiraz notasında İran Azərbaycanın bəzi media qurumlarının "nalayiq və təhqiramiz hərəkətləri"nin davam etməsindən narahatlığını bildirib:

“İran bu prosesə son qoyulmasını və düzəlişlərin edilməsini tələb edir. Bundan əlavə, İran medianın bu əxlaqsızlığının davam etməsinin iki ölkə arasında gələcək münasibətlərə mənfi və zərərli nəticələri barədə xəbərdarlıq edir”.

Qeyd edək ki, İranın Azərbaycan mediasına qarşı bu cür "əxlaqlı" iddiası və buna görə nota verməsi beynəlxalq diplomatiyaya qətiyyən uyğun deyil.

Əvvəla, Azərbaycana qarşı illərdir fəaliyyət göstərən, ölkəsində deyil, yalnız Azərbaycanda yayılan “Səhər” kimi bir kanalı maliyyələşdirən Tehran ən azı bu fakta görə Azərbaycan mediasında hər hansı məqaləyə görə etiraz edə bilməz. İran mediasının özündə bizim dövlətin adı belə gah “Şimali iran”, gah da “Bakı dövləti” kimi təqdim olunur.

İkincisi, SEPAH-a bağlı media və Teleqram kanalları az qala hər gün Azərbaycana qarşı hədələyici videolar paylaşır, bir çox halda isə Azərbaycanın dövlət atributlarını təhqir edir. Azərbaycana qarşı bu cür təbliğat aparan, onu hər addımbaşı hədələyən bir ölkə Azərbaycan mediasını ittiham etmək və buna görə nota vermək haqqını çoxdan itirməyibmi?

Media eksperti Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, İran rəsmilərinin, konkret olaraq İran adlanan dövlətin belə bir nota ilə çıxış etməsi o deməkdir ki, bu dövləti idarə edənlər dövlət idarə etmənin nə olduğunu hələ də anlaya bilmirlər: “Azərbaycan mətbuatı azaddır, müstəqildir, mətbuatın nəyə necə yanaşmasını Azərbaycan dövləti müəyyənləşdirmir. Yəni jurnalistika bizim ölkəmizdə azaddır, sərbəstdir. Bu baxımdan Azərbaycan dövlətinə bununla bağlı hər hansı iradın tutulması doğru deyil. Kiminsə, o cümlədən fars-molla rejiminin Azərbaycana, Azərbaycan dövlətinə belə bir nota təqdim etməsi, əlbəttə, onların naşılığından xəbər verir. Bu, məsələnin bir tərəfi. Digər tərəfi də odur ki, onlar öz gözlərində tiri görmür, bizim gözümüzdə çöp axtarırlar. İllərdir, fars-molla rejiminin dövlət mediasını, dövlətin maliyyələşdirdiyi və idarə etdiyi media Azərbaycan Respublikasını, Azərbaycan xalqını, o cümlədən də İran türklərini, Güney Azərbaycan türklərini davamlı şəkildə təhqir edir, onlara böhtanlar atır. Bütün bunları İran dövlətinin birbaşa diqtəsi və dəstəyi ilə edir. Onlar hər şeydən öncə dönüb özlərinə baxsalar yaxşıdır. Bu, hədsizliyin bir görsənişidir. Dediyim kimi, Azərbaycan mediası azaddır, müstəqildir. Ona görə Azərbaycan dövlətinə kiminsə irad bildirməyə haqqı yoxdur. Əgər kimsə bu iradı bildirirsə, öz naşılığından edir. Media ilə işləmək lazımdır. Azərbaycan mediası ilə işləmək istəyirlərsə, buyursunlar. Həqiqətləri olduğu kimi çatdırmağa hazırıq və belə də edirik. Media cameəsi olaraq, istər Azərbaycanda, istərsə də bütövlükdə İranda baş verənlərlə bağlı biz daim obyektiv yanaşma sərgiləmişik və belə də davam edəcəyik. Bundan fars-molla rejimi narahatdırsa, problemi özlərində axtarsınlar. Sən durduğun yerdə 40 milyon türkün adi bir ana dili haqqını tanıma, amma dur utanmadan Azərbaycan Respublikasının mediası ilə bağlı hədyan danış. Həddinizə deyil. Yerinizi bilin, həddinizi bilin və dünyanın qayda-qanunlarını öyrənin. Dövlət və dövlətçiliyin nə olduğunu mənimsəməyə çalışın. Ondan sonra qeyri-iş günlərində də nota verilməyəcəyini öyrənmiş olacaqsız”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sumqayıtda binada yanğın oldu: sakinlər təxliyə edildi
Ərdoğan Suriyaya gedəcək
İran valyutası ilə bağlı KRİTİK QƏRAR -Dörd sıfır silinəcək

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ