Xəbər verdiyimiz kimi, ötən gün axşam saatlarından başlayaraq, millət vəkili Fazil Mustafaya qarşı törədilmiş silahlı hücumla bağlı saxlanılanlar var.
OXU24.COM xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, DTX tərəfindən saxlanılanlar arasında İranda gizlənərək deputat Fazil Mustafaya onu terrorla öldürəcəyi barədə təhdid ünvanlamış Hüseynov Hüseyn Ramiz oğlunun qardaşı Hüseynov Həsən Ramiz oğlu da var.
Belə ki, Həsən Hüseynov Tural Məmmədova İran xüsusi xidmət orqanlarının tapşırıqlarının icrası müqabilində pul vəsaitlərinin göndərilməsini təşkil edib.
Oxu24.com
ŞƏRHLƏR