Yaxın gələcəkdə İraq və Türkiyə ikitərəfli əlaqələri gücləndirəcək mühüm birgə strateji layihələr həyata keçirəcək.
Oxu24.com xəbər verir ki, bunu Əl-Cəzirə telekanalına müsahibəsində İraqın baş naziri Məhəmməd Şia əl-Sudani deyib.
“Qonşu Türkiyə ilə çoxlu təmas nöqtələrimiz və ortaq maraqlarımız var. Bəzi drenaj və təhlükəsizlik problemləri var, lakin onları həll etmək üçün böyük imkanlar da var. İraqın su ehtiyacını təmin etdiyinə görə Türkiyəyə minnətdarıq”, - deyə Əl-Sudani bildirib.
O, İraq tərəfinin Türkiyə ilə iqtisadi əməkdaşlıq arzusunu da vurğulayaraq bildirib ki, Bağdad İraqın qonşu ölkələrə hücum meydanına çevrilməsinə imkan verməyəcək.
Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR