Macarıstanın xarici işlər naziri Peter Szijjarto Budapeştin etibarlı qaz tədarükçülərindən imtina etməyəcəyini bildirib.
Oxu24.com xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
"Biz siyasi səbəblərə görə etibarlı qaz tədarükçüləri ilə müqavilələri ləğv etməyəcəyik",- deyə Szijjarto bildirib.
O, həmçinin əlavə edib ki, Avropaya mayeləşdirilmiş təbii qazın tədarükü Rusiya qazının idxalının azalmasını kompensasiya edə bilməyəcək.
Bundan əvvəl Rusiyanın Macarıstana əlavə qaz tədarükünü həyata keçirməyə başladığı bildirilirdi. “Rusiya müqavilə öhdəliklərinə uyğun olaraq Macarıstana qaz tədarükünü davam etdirir, həmçinin Macarıstan tərəfinin tələbi ilə əlavə tədarük edir”, - Rusiya hökumətinin saytında deyilir.
Tərcümə Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR