Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86108
az

"Bravo"da baş vermiş cinayətin səsli videosu yayıldı - DETALLAR

11:1103 Aprel, 2023
1001
REDAKTORUN SEÇİMİ
  • A

Bakının Xətai rayonunda martın 4-də hipermarketdə baş verən silahlı insidentlə bağlı bəzi gizli məqamlar açıqlanıb.

Bununla bağlı Baku TV-yə həmin hadisəni araşdıran əməliyyatçı danışıb.

O bildirib ki, hadisədən 5 dəqiqə sonra ticarət obyektinin mühafizə siqnalizasiya sistemindən həyəcan düyməsi sıxılıb, təqribən 2 dəqiqə 30 saniyədən sonra mühafizə polisinin əməkdaşları, bir qədər sonra isə polisin əməliyyat qrupları hadisə yerinə gəliblər:

“Cinayət hadisəsi üzrə tərtib edilən əməliyyat planları icraya yönəldilib. Əməliyyat planlarına əsasən, Daxili İşlər Nazirliyinin aidiyyəti qüvvələri koordinasiyalı şəkildə cinayətin isti izlərlə açılması və cinayəti törətmiş şəxslərin yaxalanması istiqamətində tədbirlərə başlayıb”.

Əməliyyatçı xatırladıb ki, cinayətin açılması ilə bağlı həyata keçirilən kompleks tədbirlərin məzmunu məxfi olduğundan açıqlana bilməz:

“Lakin deyə bilərəm ki, operativ qaydada görülmüş tədbirlərlə hadisədən bir neçə saat sonra cinayətin törədilməsində şübhəli olan şəxslərin dəqiq şəxsiyyətləri müəyyən edilib. Onlardan biri paytaxt ərazisində gizləndiyi ünvanda cinayətin törədilməsində istifadə olunan silahla birlikdə yaxalanaraq istintaqa təhvil verilib. Paytaxtın mərkəzi hissəsində yerləşən mənzillərin birində gizlənən cinayətin digər iştirakçısı isə saxlanılarkən silahlı müqavimət göstərdiyi üçün qanunvericiliyin tələblərinə uyğun olaraq polis əməkdaşları tərəfindən odlu silah tətbiq edilməklə zərərsizləşdirilib. Cinayətin törədilməsində istifadə etdiyi odlu silah, eləcə də, ələ keçirilmiş pul vəsaitləri tam şəkildə aşkar edilərək götürülüb”.

Qeyd edək ki, martın 4-də günorta 12 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən hipermarketlərdən birində silahlı insident baş verib. Hadisə hipermarketdə yerləşən bankların birinə məxsus bankomata külli miqdarda pul yerləşdirilən zaman qeydə alınıb.

Hadisə zamanı bankın əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə ölüb.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

DİN vətəndaşlara müraciət edib - TƏCİLİ
Hava ilə bağlı XƏBƏRDARLIQ
Müəllim nazirə şikayət edir - VİDEO

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ