Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
85977
az

Azərbaycan Ordusu artilleriyanı işə saldı  -  VİDEO

10:4631 Mart, 2023
678
CƏMİYYƏT
  • A

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunun artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib.

Bu barədə Oxu24.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimdə qısa müddət ərzində yerdəyişmə edərək atəş mövqelərinin tutulması, minaatan və artilleriya qurğularının döyüş vəziyyətinə gətirilməsi üzrə fəaliyyətlər məşq etdirilib.

Praktiki atışların icrası zamanı təyin edilmiş hədəflər yüksək dəqiqliklə məhv edilib və qarşıya qoyulan tapşırıqlar uğurla icra olunub.

Təlimin keçirilməsində əsas məqsəd atəş vasitələrindən düzgün istifadə etməklə tapşırıqların vaxtında və dəqiq icra edilməsi üçün şəxsi heyətin praktiki vərdişlərinin artırılması, eləcə də komandir heyətinin bölmələri idarəetmə bacarıqlarının təkmilləşdirilməsidir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dəmiryol nəqliyyatı ilə bağlı YENİ QƏRAR
Təhlükəsizlik tələblərinə cavab verməyən liftin fəaliyyəti dayandırıldı - VİDEO
İtkin düşdüyü hesab olunan kişinin meyiti tapıldı

Ayda su tapıldı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Kim birinci hücum edibmiş? - Ağadadaşın yeni videosu yayıldı
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
İrandan Azərbaycana külli miqdarda narkotik keçirilmək istədi