On bir ayın sultanı olan Ramazan ayında oruc tutmağın insan sağlamlığı üçün də bir çox faydaları var.
OXU24.COM lent.az-a istinadən xəbər verir ki, daxili xəstəliklər üzrə mütəxəssis həkim Ahmet Aydın bildirib ki, oruc tutmaq qanda şəkər səviyyəsini aşağı salır.
Onun sözlərinə görə, oruc tutmaq həmçminin alzermir və parkinson kimi nevroloji xəstəliklərin yaranması riskini azaldır:
"Araşdırmalar nəticəsində məlum olub ki, oruc tutmaq idrak funksiyalarını və beyin strukturlarını yaxşılaşdırır. Beləliklə oruc tutan insanlar daha gec yaşlanır. Həmçinin xaricində həzm sistemimiz zərərli bakteriyalardan təmizlənir. Bir neçə gün oruc tutduqdan sonra mədə normal ölçüsü qədər kiçilir və zaman keçdikcə aclıq hissi azalır".
Oxu24.com
ŞƏRHLƏR