Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8576
az

Hacıyevlər 42 milyon dollarlıq təyyarəni necə alıb? - ŞOK SƏNƏD YAYILDI

11:2905 Yanvar, 2019
805
DÜNYA
  • A
 
Bir neçə ay öncə Britaniya KİV-ləri xəbər vermişdilər ki, Azərbaycan Beynəlxalq Bankının keçmiş başçısı Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın çoxmilyonluq əmlakı arasında özəl “Gulfstream G550” təyyarəsi də var.

Sabiq ekologiya naziri Hüseynqulu Bağırovun çoxmilyonluq ailə biznesi barədə sensasion təhqiqatı ilə məşhurlaşmış azərbaycanlı bloger Cavanşir Həsənli Cahangir Hacıyevin həmin təyyarəni necə əldə etməsi ilə bağlı sənədləri yayımlayıb.

Bu sənədlərə əsasən, ABB-nin keçmiş rəhbəri özəl təyyarəni “Gulfstream Aerospace” korporasiyasına 2011-ci ildə sifariş edib və artıq 2013-cü ildə ona görə 42,5 milyon dollar ödəyib. Müqavilədə o da göstərilir ki, alıcı hər hansı bir səbəbdən təyyarəni almaqdan imtina edərsə, 7 milyon dollar məbləğində cərimə ödəməlidir.




 
Hazırda qiyməti 65 milyon dollar olan “Gulfstream G550” 2003-cü ildən istehsal olunur. Onun əlavə yanacaq doldurmadan havada qalma müddəti 13-14 saatdır və bu, misal üçün, Moskvadan Los-Ancelesə birbaşa uçmaq imkanı verir. 15500 metr hündürlükdə başqa heç bir uçuş aparatı olmadığı üçün saatda 904 kilometr sürət vaxta qənaət etməyə imkan verir. G550-nin adi sərnişin tutumu 12-14 nəfərdir.

Blogerin dərc etdiyi sənədlərdə təyyarəyə görə ödənişin hansı şirkət vasitəsilə edildiyi məlum olmur (şirkətin adının üstü bağlıdır). Qeyd olunur ki, həmin şirkət Cahangir Hacıyevin yaxın ətrafından olan insanın adına rəsmiləşdirilib. Şirkətin hüquqi ünvanı belədir: Bakı şəhəri, M.Əliyev küçəsi, 130.

Maraqlıdır ki, Cahangir Hacıyevin adı həmin şirkətin həmtəsisçilərinin siyahısından həbs edildikdən 5 ay sonra çıxarılıb.

Bloger Cavanşir Həsənli qeyd edir ki, hazırda həmin şirkəti Londonda yaşayan azərbaycanlı idarə edir. Bu şəxs haqqında məlumdur ki, o, Qərb Universitetinin (keçmiş ekologiya naziri Hüseynqulu Bağırovun sahib olduğu ali məktəb) məzunudur, hazırda Cahangir Hacıyevin Avropadakı çoxsaylı şirkətlərini idarə edir.  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İbn Sinanın bəhs etdiyi qida: zəkanı artırır, gözə dərman...
Məşhur aktrisadan şok iddia:
Son 70 ildə ilk: Onlar taclarından imtina etdilər

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Murad Muradov ölməyibmiş - RƏSMİ AÇIQLAMA
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı