Bakıda bacısı ölən qardaş intihar edib.
Oxu24.com "Report"-a istinadən xəbər verir ki, hadisə Binəqədi qəsəbəsi ərazisində baş verib.
Belə ki, martın 26-da 1955-ci il təvəllüdlü Şəmsəddinov Aydın Məsimoviç oğlu yaşadığı mənzildə özünü asaraq intihar edib. Baxış zamanı fərdi yaşayış evində 1961-ci il təvəllüdlü, şəkərli diabet xəstəliyindən əziyyət çəkən, yataq xəstəsi Şəmsəddinova Səidə Məsim qızının meyiti də aşkar edilib.
Qohumlarının deməsinə görə Aydın Şəmsəddinov bacısı Səidə Şəmsəddinovanın ölməsinə dözməyərək intihar edib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Ucarda pirin ərazisini şumlamaq istəyən traktor parçalandı - VİDEO
Oxu24.com
ŞƏRHLƏR