Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8565
az

Bu məhsullar sizi xəstələnməyə qoymayacaq - SİYAHI

22:0004 Yanvar, 2019
701
CƏMİYYƏT
  • A
Mütəxəssislər sübut edir ki, soyuq fəsillərdə orqanizmin virus və bakteriyalara olan müqavimətini  artırmaq üçün qidalanmaya bəzi məhsulları daxil etmək lazımdır.

Oxu24.com saglamolun.az-a istinadən bu məhsulların siyahısını təqdim edir.

- Sarımsaq

Academy of Nutrition and Dietetics tərəfindən keçirilmiş araşdırma göstərib ki, müntəzəm olaraq sarımsaq yeyən insanlar soyuqdəymə xəstəliklərinə 2 dəfə daha az tutulur.

- Turp

C və A vitaminləri ilə zəngin olan bu tərəvəz infeksiyalara qarşı müqaviməti artırır. Alimlərin sözlərinə görə, turpun istehlakı  bağırsaqların faydalı mikroflorasını artırır ki, bu da immun sistemini fəaliyyətinə müsbət təsir edir.

Turpu balla yemək çox faydalıdır, bu halda iltihab əleyhinə effekt dəfələrlə artır.

- Zəncəfil

Efir yağları ilə zəngin olan zəncəfil təbii iltihab, virus və mikrob əleyhinə vasitədir. Soyuqdəymə zamanı zəncəfilli çay ən yaxşı təbii müalicəvi vasitədir. Çay dəmləmək üçün 3-4 sm uzunluqda olan zəncəfil kökünü təmizləyin, sürtgəcdən keçirin, üzərinə 200 ml isti (qaynar yox!) su tökün, 30 dəqiqə dəmləyin və adi çay kimi için.  Çaya bal və limon da əlavə edə bilərsiniz.

- Sarıkök

Soz zamanlar alimlər sarıkökün yeni və yeni faydalarını aşkar edir. Sarıkökü orqanizmə olan təsirə görə təbii antibiotik hesab etmək olar. Sarıkök immuniteti stimullaşdırır, orqanizmə güclü antioksidant təsir edir. Sarıköklü süd boğaz ağısı və iltihabı zamanı ən yaxşı təbii müalicəvi vasitələrdən biridir.    

- İtburnu

Bu giləmeyvənin tərkibində C vitamini limondan 40 dəfə (!) çoxdur. Bu xüsusiyyətə görə itburnu immun sistemini əla stimullaşdırır, soyuqdəymə xəstəliyi zamanı sağalmanı sürətləndirir.

İtburnu dəmləməsini hazırlamaq üçün 2 x.q itburnu termosa tönün, üzərinə 2 stəkan isti (qaynar yox!) su əlavə edin, axşamdan səhərə qədər saxlayın, sonra süzün, gün ərzində çay kimi için. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
Viaqra effekti verən qidalar – SİYAHI
Səfirlikdən Texasda yaşayan azərbaycanlılara MÜRACİƏT

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil