Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
85570
az

Fransada 200 nəfər xəsarət alıb

16:3425 Mart, 2023
74
DÜNYA
  • A

Fransanın qərbindəki Sen-Solin kommunası yaxınlığında kənd təsərrüfatı məqsədləri üçün suvarma hövzələrinin yaradılmasına qarşı keçirilən etiraz aksiyası zamanı azı 200 nəfər xəsarət alıb.

Oxu24.com  xəbər verir ki, bu barədə “BFMTV” telekanalı məlumat yayıb.

Nümayişin təşkilatçıları jurnalistlərə bildiriblər ki, polis rezin güllələrdən, gözyaşardıcı qaz qumbaralarından və su şırnaqlarından fəal şəkildə istifadə edib.

Nəticədə 200-ə yaxın adam xəsarət alıb. Fransa hüquq-mühafizə orqanlarının məlumatına görə, iğtişaşlar zamanı 35-dən çox polis əməkdaşı yaralanıb.

Qeyd edək ki, Sen-Solin kommunası ərazisində suvarma hövzələrinin tikintisinə qarşı etiraz 2022-ci ildən davam edir. Ümumilikdə layihəyə görə, ərazidə ümumi həcmi bir neçə yüz min kubmetr su tutumu olan 16 su anbarı yaradılmalıdır.

Yerli sakinlər torpağın münbitliyinin azalacağını, eləcə də təbii su ehtiyatlarının tükənəcəyini və nəticədə ətraf mühitə zərər dəyəcəyini bildirərək, bu plana qarşı çıxırlar.

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ukrayna Rusiyaya hücum etməyə cəhd edib
Kiyevdə güclü partlayışlar oldu
Ərdoğan Suriyaya gedəcək - KİV

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Cinayətdə şübhəli bilinən 21 nəfər saxlanıldı