Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
85540
az

Aynurənin qətlinə qardaşı belə müdaxilə etməyibmiş... - VİDEO

21:1025 Mart, 2023
200
ŞOU-BİZNES
  • A

Ötən il Gəncədə küçədə arvadını öldürən 38 yaşlı Rauf Vəliyevin məhkəməsi yekunlaşıb.

OXU24.COM  qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, Rauf arvadı Aynurə Vəliyevanı uşaqları bağçadan götürdüyü zaman öldürüb. 

Hadisə gündüz vaxtı küçədə baş verib. Belə ki, bir müddətdir arvadından ayrı yaşayan Rauf Aynurənin uşaqları bağçadan götürmə vaxtına əsasan küçədə onu tutub. Həmin vaxt hadisə yerində Aynurənin qardaşı və kiçik oğlu da olub.

R.Vəliyev arvadıyla şəxsi söhbət etmək bəhanəsi ilə onu bir qədər kənara çəkib və mobil telefonunu istəyib. Qadın telefonu verməyib və R.Vəliyev üstündə gətirdiyi bıçaqla onu vurmağa başlayıb.

Aynurə Vəliyeva iki bıçaq zərbəsindən sonra qaçmağı bacarsa da, Rauf arxadan ona çatıb. Saçından tutaraq yerə yıxıb və bıçaqlamağa davam edib. Bu zaman ətrafda olan sakinlər və qadının qardaşı hadisəyə müdaxilə etməyiblər.
Hökmə əsasən, R.Vəliyev 16 il müddətə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, hadisə ötən ilin yayında qeydə alınmışdı. Həmin vaxt qətlin videosu da sosial şəbəkələrdə yayılmışdı

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zeynəb Xanlarova Şuşada - FOTO
Manafın ad günündə Vasif əlbəyaxa dava edib? - VİDEO
Talıb Tale evlənir - FOTOlar

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Zəlzələ belə baş verib - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı