Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
85536
az

Şarl Mişel İlham Əliyevə zəng etdi

19:5825 Mart, 2023
252
SİYASƏT
  • A

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel martın 25-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

“OXU24.COM ” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunub ki, telefon danışığı əsnasında Şarl Mişel 2023-cü il fevralın 17-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində dövlət başçısı ilə keçirdiyi görüşü məmnunluqla xatırlayıb, 2021-ci il dekabrın 14-dən 2022-ci il avqustun 31-dək olan dövr ərzində üçtərəfli formatda keçirilmiş görüşlərdə müzakirə edilmiş müxtəlif məsələlərə toxunub.

Şarl Mişel Avropa İttifaqının regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması üçün səylərini bundan sonra da davam etdirəcəyini deyib. Avropa İttifaqı Şurasının Prezidenti Azərbaycanın Laçın-Xankəndi yolu ətrafındakı məsələlərə toxunub və son günlərdə Ermənistanla Azərbaycanın dövlət sərhədində baş vermiş insidentlərlə əlaqədar narahatlığını ifadə edib.

Prezident İlham Əliyev Azərbaycanın Brüssel prosesini dəstəklədiyini bir daha vurğulayıb. Laçın-Xankəndi yolu ətrafındakı vəziyyətə toxunan Azərbaycan Prezidenti qeyd edib ki, bu yolun guya bağlı olması ilə əlaqədar Ermənistanın irəli sürdüyü iddialar tamamilə yalandır. Belə ki, 2022-ci il dekabrın 12-dən bu günədək Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus 5 minə yaxın nəqliyyat vasitəsi, tibbi yardıma ehtiyacı olan şəxs və onları müşayiət edənlər bu yoldan keçiblər.

Dövlət başçısı Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə Ermənistan tərəfindən silah-sursat və şəxsi heyətin daşınması prosesinin hələ də həyata keçirildiyini bildirib.

Azərbaycan Prezidenti Ermənistan rəhbərliyinin təhlükəli və eskalasiyaya yönəlmiş rəsmi açıqlamalarına diqqət çəkib. Dövlət başçısı qeyd edib ki, 2023-cü il martın 20-də Avropa İttifaqı missiyasının yerləşdiyi Ermənistan-Azərbaycan dövlət sərhədi istiqamətində Ermənistanın növbəti təxribatı zamanı Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb və martın 5-də Azərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni erməni hərbi birləşmələrinin törətdikləri təxribat zamanı 2 hərbi qulluqçumuz şəhid olub.

Azərbaycan Prezidenti vurğulayıb ki, bütün bunlar Ermənistanın apardığı təhlükəli siyasətin nəticəsidir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mustafayev Qaluzinə Bakının sülh müqaviləsinə dair mövqeyini TƏQDİM ETDİ
Prezident Ermənistanla sülh üçün 2    şərtini     AÇIQLADI
"Şuşa Bəyannaməsində qarşılıqlı hərbi yardımı nəzərdə tutan bənd var"- İlham Əliyev

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Cinayətdə şübhəli bilinən 21 nəfər saxlanıldı