Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
85482
az

Günün qoroskopu: həddən artıq çox iş görməyə çalışmayın25 Mart 2023

00:3825 Mart, 2023
169
MANŞET
  • A

Qoç - maraqlandığınız işlə məşğul olun. İnformasiya və ya məlumat axtarışı gözləntilərinizdən fərqli nəticələr verə bilər. Bütün imkanlardan yararlanmağa can atın. İşdə həmkarlardan birinin və ya sizə yaxın insanın seçiminə təsir etməyin asan olmadığı situasiyalarda yaradıcı yanaşma xüsusilə effektiv olacaq.

Buğa - münasibətlərdə və davranışlarda düzəlişlər, yeniliklər, zəruri islahatları gerçəkləşdirmək zamanıdır. Dəyişin, situasiyaya uyğunlaşın. Nəyi hər şeydən çox istədiyinizi, nəyə can atdığınızı dəqiqləşdirin. İfrat və neqativ emosiyalara varmayın. Hövsələsizlik və səbirsizliyə qapılmayın. Təmkinli olun, qısqanc davranmayın.

Əkizlər - rəqiblə münasibətlərdə gərginləşmə olacaq. Söz işə uyğun gəlməlidir. Hər şeyə rəğmən, bütün alternativ variantları nəzərdən keçirin. Şərtlər və şəraitin dəyişməsinə operativ reaksiya verin. Qarşıda ciddi, önəmli günlər var. Xoş sürprizlər ola bilər.

Xərçəng - çevik və sayıq davranın. Yaxın ətrafınızda, yaşam arealınızdakı insanların əhvalındakı dəyişikliklər, onların əminsizlik və təlaşından istifadə edin. Ailə üzvləri ilə ünsiyyət üçün yetərincə vaxt saxlayın. Axşam saatlarında istirahət edin.

Şir - yaşananları mümkün qədər təmkinlə, sakit şəkildə təhlil edin. Yanlış fikirlərin artmasına imkan verməyin. Hadisələr intensivləşir. Tələb və sifarişlərin hamısının yerinə yetirilməsi üçün vaxt çatmaya bilər. Artıq təklif və tələbləri eyninizə almayaraq işlərinizlə məşğul olun.

Qız -  günün ilk yarısı uğurlu başlanır. Lakin yaşananları mütləq şəkildə baş verməli olan hadisələr qismində qəbul edin. Gəlir mənbələri barədə düşünün, mənfəət yollarını araşdırın, təhlillər aparın. Günün ikinci yarısında işlər çoxdur. Maraqlarınızı və ya mənafeyinizi müdafiə etməli olacaqsınız. Böyük xərclərə yol verməyin.

Tərəzi - yaşam arealında qayda yaradın, hesabları ödəyin, borcu qaytarın. Əminlik yoxdursa, rəğbət bəslədiyiniz insan və ya dostlarla görüşü təxirə salın. Axşam saatlarında ev işləri ilə çox məşğul olmayın. İstirahət edin, stressdən qurtulun.

Əqrəb - uğurlu və uğursuz təkliflər səslənəcək. Münasibətlərin korlanmaması üçün həmin təklifləri dəyərləndirin. Problemin orijinal həllini tapın, gərginliyi çözün, Bundan sonra hansı istiqamətdə addımlar atacağınızı bəlirləməyibsinizsə, bir qədər nəfəs dərin, situasiyanı nəzərdən keçirin.

Oxatan - uğurlu gündür və indiyədək yerinə yetirə bilmədiyiniz işləri uğurla başa vura biləcəksiniz. Dəyişiklərə hazır olun, əks təqdirdə işlər yarımçıq qalacaq. İşin maraqları xətrinə gərəkli insanla danışıqlar aparın. İşdəki aktivliyə maksimum diqqət ayırın, səy göstərin.

Oğlaq - həddən artıq çox iş görməyə çalışmayın. İşdə ifrat dərəcə səy göstərməyin, çünki buna qiymət verən olmayacaq. Sizinlə münasibətləri aydınlaşdırmağa çalışan insanların təxribatına uymayın. Dəyişikliklər və yeniliklərlə bağlı tələskənliyə yol verməyin. Sadəcə, sizin səbr kasanızı daşdıran ünsürdən qurtulun.

Dolça - şəxsi həyatınızdakı dəyişiklikləri sürətləndirməyin. Əks təqdirdə anlaşılmazlıqla qarşılaşa bilərsiniz. Gözləntilərinizin biri doğrulacaq. Gələcəkdə perspektivlərinizin artması ilə bağıl təkliflər alacaqsınız. Gözlədiyiniz məlumatı eşidəcəksiniz. Təmayüllər tam izhar olacaq.

Balıqlar - İşlərinizdə ailə sizə dəstək olacaq. Münaqişələrin böyüməsinə imkan verməyin, sizi yaxın ətrafınızdakı insanlarla birləşdirən nüansları arayın. Əməkdaşlığın formalarının genişlənməsi, yeni layihələr və planların ailə üzvləri ilə müzakirəsi üçün yaxşı vaxtdır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda qeyri-adi Novruz tədbiri - VİDEO
2024-cü ilin ən varlı bürcləri bunlar olacaq - Siyahı
2024-cü ilin 5 şanslı bürcü

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Erməni hərbi cinayətkarların işi Bakı Hərbi Məhkəməsinin sədrinin icraatına verilib