Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
85474
az

Kimlər məhkəmədə şahid ola bilməz? -HÜQUQİ YARDIM 

14:0824 Mart, 2023
612
HÜQUQ
  • A

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.

Bu dəfə təqdim etdiyimiz mövzu  şahidlərlə bağlıdır.

Şahid kimdir?

İş üzrə hər hansı əhəmiyyət kəsb edən hallardan xəbərdar olan şəxs ittiham tərəfindən ibtidai araşdırma və ya məhkəmə baxışı zamanı, müdafiə tərəfindən isə məhkəmə baxışı zamanı çağırılıb şahid qismində dindirilə bilər.

Kimlər şahid qismində çağırıla və dindirilə bilməzlər?

azyaşlı olduqlarına, fiziki və psixi qüsurlarına görə cinayət təqibi üzrə araşdırılmalı halları düzgün qavraya və düzgün ifadə edə bilməyən şəxslər;
müdafiəçi qismində hüquqi yardım göstərilməsi ilə əlaqədar həmin cinayət prosesinə aid olan məlumatları bilən vəkillər;
cinayət prosesində zərər çəkmiş şəxsin, mülki iddiaçının və ya mülki cavabdehin nümayəndəsi qismində cinayət prosesində iştirakı ilə əlaqədar həmin cinayət prosesinə aid məlumatları bilən şəxslər;
cinayət təqibi zamanı yol verilmiş nöqsan və vəzifədən sui-istifadə halları, yeni açılmış hallara görə icraatın təzələnməsi və itirilmiş icraatın bərpası halları istisna olmaqla, öz prosessual səlahiyyətlərini cinayət prosesi ilə əlaqədar həyata keçirmiş hakim, prokuror, müstəntiq, təhqiqatçı və ya məhkəmənin iclas katibi.
“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, mediasiya zamanı məlum olan məlumatlar barədə mediasiya iştirakçıları və mediasiyada iştirak edən digər şəxslər.
Cinayət prosesində müdafiəçi, habelə zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin nümayəndəsi qismində iştirakı ilə əlaqədar həmin cinayət işinə dair məlumatları bilən şəxslər müdafiə etdikləri və ya hüquqlarını təmsil edən şəxsin razılığı ilə onun xeyrinə ifadə verə bilərlər. Bu fakt həmin şəxslərin bundan sonra cinayət prosesində iştirakını istisna edir.

Şahid hansı vəzifə və hüquqlara malikdir?

Şahid Cinayət Prosessual Məcəllənin 95-ci maddəsində nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı vəzifələri yerinə yetirməlidir:

cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə istintaq və ya digər prosessual hərəkətlərdə iştirak etmək üçün gəlmək və dindirmədə ona məlum olan bütün hallar üzrə suallara tam və düzgün cavab vermək;
ifadələrinin düzgünlüyünü istintaq və ya digər prosessual hərəkətlərin protokolunda imzası ilə təsdiq etmək;
cinayət prosesini həyata keçirən orqanın tələbi ilə onda olan əşyaları, sənədləri və nümunələri müqayisəli tədqiqat üçün təqdim etmək;
cinayət prosesini həyata keçirən orqanın tələbi ilə müayinədən keçmək;
halların dərk və ifadə edilməsi qabiliyyətindən şübhələnməyə tutarlı əsaslar olduqda, bu qabiliyyətin yoxlanılması üçün cinayət prosesini həyata keçirən orqanın tələbi ilə ambulator ekspertizadan keçmək;
təhqiqatçının, müstəntiqin, prokurorun və məhkəmə iclasında sədrlik edənin göstərişlərinə tabe olmaq;
məhkəmənin sərəncamında olmuş, məhkəmənin icazəsi olmadan və ya cinayət təqibi orqanını olduğu yer barədə əvvəlcədən xəbərdar etmədən başqa əraziyə getməmək;
məhkəmə iclasında sədrlik edənin icazəsi olmadan fasilə elan edilənədək məhkəmənin iclas zalını və məhkəmənin binasını tərk etməmək;
məhkəmə iclasında qaydaya riayət etmək;
bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
Şahid bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqları həyata keçirir:

hansı cinayət işi üzrə çağırıldığını bilmək.
onun dindirilməsində iştirak edən tərcüməçiyə etiraz etmək;
xahişlər etmək;
özünə və yaxın qohumlarına qarşı ifadələrin verilməsindən, materialların və məlumatların təqdim olunmasından imtina etmək;
ifadə verərkən cinayət prosesini həyata keçirən orqanın icazəsi ilə yadda saxlanılması çətinlik törədən mürəkkəb riyazi hesablamalara dair sənədlərdən, çoxsaylı coğrafi adlardan və digər məlumatlardan istifadə etmək; hadisələri dərk edərkən və ya dərk etdikdən dərhal sonra yazılı qeydlərindən ifadə verərkən istifadə etmək;
verdiyi ifadələri çəkdiyi planlarla, sxemlərlə və şəkillərlə müşayiət etmək;
cinayət prosesi üzrə məhkəməyədək icraat zamanı ifadəsini şəxsən yazmaq;
iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin protokolu ilə, habelə məhkəmə iclası protokolunun və ona əlavə edilmiş audioyazınınona aid olan hissəsi ilə tanış olmaq, ifadəsinin tam və düzgün olması üçün protokola zəruri əlavə və qeydlərin daxil edilməsini tələb etmək;
cinayət prosesi zamanı sərf etdiyi xərclərin ödənilməsinə və cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyana görə kompensasiya almaq;
cinayət prosesini həyata keçirən orqan tərəfindən maddi sübut kimi, yaxud digər əsaslarla götürülmüş əşyaların, rəsmi sənədlərin əslini geri almaq;
istintaq və ya digər prosessual hərəkətlərin icrası zamanı həmin hərəkətlər başlananadək nümayəndəyə malik olmaq;
bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
Şahid yalan ifadə verdiyinə görə cinayət məsuliyyəti daşıyır.

Hansı halda məsuliyyətdən azad olunurlar?

Şahid təhqiqatın, ibtidai istintaqın gedişində, məhkəmə baxışında məhkəmə tərəfindən hökm və ya qətnamə, habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qərar çıxarılanadək verdikləri ifadənin yalan olduğunu könüllü olaraq bildirdikdə cinayət məsuliyyətindən azad olunurlar.

Şəxs özünə, arvadına (ərinə), övladlarına, valideynlərinə və qanunvericiliklə dairəsi müəyyən edilmiş digər yaxın qohumlarına qarşı ifadə verməyə məcbur edilərək bilə-bilə yalan ifadə verdikdə cinayət məsuliyyətinə cəlb oluna bilməz.

Şahidin ifadə verməkdən imtina etməsi də cinayət məsuliyyətinə səbəb olur.

Qeyd:  Şəxs özü, arvadı (əri), övladları, valideynləri və qanunvericiliklə dairəsi müəyyən edilmiş digər yaxın qohumlarına qarşı ifadə verməkdən imtina etdikdə cinayət məsuliyyətinə cəlb oluna bilməz.

Hazırladı: Şəfəq Süleymanova

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sumqayıtda ilk dəfə "Dünya Vəkil Cübbələri və Atributları" sərgisi keçirilir
Aliment borcu bu hallarda    silinə     bilər
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Bakıda zibil    qutularını    oğurladılar