İsveç, Norveç, Finlandiya və Danimarka Hərbi Hava Qüvvələrinin komandirləri Skandinaviya ölkələrinin "Rusiya tərəfindən artan təhlükənin qarşısının alınmasına" yönələcək birgə hava hücumundan müdafiə sisteminin yaradılmasına dair birgə sənəd imzalayıblar,
Oxu24.com xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Ölkələr NATO-nun artıq sübut olunmuş üsulları əsasında birgə hərəkət edə bilmək üçün belə bir qərar qəbul ediblər.
Danimarka Hərbi Hava Qüvvələrinin komandanı general-mayor Yan Dam: “Bizim birləşmiş donanmamızı böyük bir Avropa ölkəsinin qüvvələri ilə müqayisə etmək olar”.
Norveç hazırda 57 F-16 və 37 F-35-ə (daha 15-i sifarişlə) sahibdir. Finlandiyada sifariş üzrə 62 F/A-18 Hornet və 64 F-35 var. Bu arada Danimarkada 58 F-16 var və daha 27 F-35 sifariş edib. İsveçdə 90-dan çox Gripens təyyarəsi var.
Tərcümə: Nigar
Oxu24.com
ŞƏRHLƏR