Fövqəladə Hallar Nazirliyi (FHN) martın 24-də İsmayıllıda qeydə alınan zəlzələ ilə bağlı məlumat yayıb.
FHN-in Mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, martın 24-də saat 11:09-da İsmayıllı seysmik stansiyasından 6 km şimalda İsmayıllı rayonu ərazisində, 9 km dərinlikdə 4,2 maqnituda zəlzələ qeydə alınıb.
Zəlzələ epsentrdə 4, ətraf rayonlarda 3 bala qədər hiss olunub. Zəlzələ nəticəsində hər hansı dağıntı və ya tələfat barədə məlumat daxil olmayıb.
Oxu24.com
ŞƏRHLƏR