Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
85418
az

Ərininin ölümünü sifariş verən qadın barəsində həbs qərarı verilib

12:1024 Mart, 2023
213
KRİMİNAL
  • A

Ərini sifarişlə öldürtdürməkdə ittiham olunan Əzizə Seyidova və qətlin icraçıları kimi təqsirləndirilən Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev, Elnur Əliyev məhkəmə qarşısına çıxarılıb.

APA-nın əldə etdiyi xəbərə görə, Sabunçu Rayon Məhkəməsinə keçirilən iclasda müstəntiq təqsirləndirilən şəxslərin hər biri barəsində həbs qətimkan tədbiri seçilməsinin zəruri olduğunu bildirib.

Məhkəmə təqdimatı əsaslı hesab edib. Qərara əsasən, təqsirləndirilən şəxslər barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, hadisə martın 16-da Sabunçu rayonunda baş verib.

Həmin gün 00:05 radələrində 1993-cü il təvəllüdlü Əli Seyidlinin yaşadığı fərdi yaşayış evinin qarşısında öldürülməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində cinayət əməlinin zərərçəkmişin arvadı 2000-ci il təvəllüdlü Əzizə Seyidovanın təşkilatçılığı ilə 1981-ci il təvəllüdlü Mehdi Məmmədov, 1988-ci il təvəllüdlü Elnur Əliyev və 1995-ci il təvəllüdlü Bəxtiyar Fərzəliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Onlar barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Erməni hərbi cinayətkarların işi Bakı Hərbi Məhkəməsinin sədrinin icraatına verilib
İmişli sakininin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı araşdırma aparılır
Cinayətdə şübhəli bilinən 21 nəfər saxlanıldı

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Erməni hərbi cinayətkarların işi Bakı Hərbi Məhkəməsinin sədrinin icraatına verilib