Özbəkistan prezidenti Şavkat Mirziyoyev sentyabrda Azərbaycana səfər edəcək.
Oxu24.com xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilir ki, Mirziyoyev Daşkənddə Novruz bayramı ilə bağlı Azərbaycan diasporunun da iştirak etdiyi tədbirdə Azərbaycan sərgisini ziyarət edib, Azərbaycan diasporunun üzvləri ilə görüşüb. Söhbət zamanı o, sentyabrda Azərbaycana səfər edəcəyini və səfər çərçivəsində Füzulidə Özbəkistan tərəfindən tikilən məktəbin açılış mərasimində iştirak edəcəyini bildirib.
Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR