Fransada pensiya islahatına qarşı keçirilən etirazların yatırılması zamanı azı 123 polis və jandarm zabiti yaralanıb, 80-dən çox nümayişçi saxlanılıb.
Oxu24.com xəbər verir ki, bu barədə Fransanın Daxili İşlər Nazirliyinin rəhbəri Cerald Darmanin məlumat verib.
Pensiya islahatına qarşı ümumi etirazın doqquzuncu günündə Parisdə nümayişçilərlə polis arasında toqquşma baş verib. Polis əməkdaşları gözyaşardıcı qazdan istifadə ediblər.
Həmin gün Marsel, Tuluza, Renn, Nant, Nitsa, Bordo, Tulon və Lionda da nümayişlər keçirilib. Bir çox şəhərdə aksiyalar etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında şiddətli toqquşmalarla müşayiət olunub.
Oxu24.com
ŞƏRHLƏR