ABŞ-ın Kolorado ştatının Denver şəhərində orta məktəbdə silahlı şəxsin hücumu nəticəsində iki məktəb işçisi yaralanıb.
Oxu24.com xarici mediaya istinadən xəbər verir ki,Denver polis rəisi Ron Tomas, şəhərdə təxminən 2500 şagirdi olan Şərq Liseyində bir oğlan şagirdin səhər saatlarında 2 məktəb işçisini silahla yaralayaraq qaçdığını açıqlayıb.
Tomas, şübhəli tələbənin 18 yaşından kiçik olduğunu və təhlükəsizlik planı çərçivəsində tələbələrin hər gün axtarıldığını qeyd edib.
Sözügedən şagirdin səhər axtarışı zamanı içindən çıxan tapançadan atəş açaraq 2 məktəb əməkdaşını yaraladığı bildirilib.
Xəstəxanaya çatdırılan 2 yaralıdan birinin həyati təhlükəsi, digərinin vəziyyətinin stabil olduğu qeyd edilib.
Səlahiyyətlilər itkin düşən şagirdin axtarışlarının davam etdiyini və məktəbin gələn həftəyə qədər bağlı qalacağını bildiriblər.
Tərcümə: Nigar
Oxu24.com
ŞƏRHLƏR