Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
85292
az

Oqtay Əliyevin ölümü ilə bağlı gerçəklər üzə çıxdı

00:3723 Mart, 2023
566
REDAKTORUN SEÇİMİ
  • A

Oqtay Əliyev ürəyindən əməliyyat olmayıb. O, ümumiyyətlə ürək xəstəsi olmayıb. Bu haqda mediada və sosial şəbəkələrdə yayılan xəbər doğru deyil.

Oxu24.com  xəbər verir ki, bu fikirləri Globalinfo.az-a SOY prodakşının rəhbəri Oqtay Əliyevin yaxınlarından biri deyib.

Onun sözlərinə görə, Oqtay Əliyev təzyiqdən müalicə alıb, amma heç vaxt ürəyindən şikayətçi olmayıb:

"Özünə baxan adam idi. İdmana gedirdi, sağlığına diqqət edirdi. Qəzaya səbəb qəfil ürəktutması olub. Ürəyini tutub, bu zaman maşın idarəetmədən çıxıb və qəza baş verib".

Neçə gün imiş O.Əliyev ailəsi ilə birgə Novruz bayramını qeyd edirmiş. Bu gün onlar ailəliklə bağ evində toplaşmaq qərarına gəliblər. Aktrisa Mehriban Zəkini özləri ilə qonaq aparırlarmış.

Yaxınlarının saytımıza bildirdiyinə görə, ailənin digər üzvləri – mərhumun qızı, kürəkəni və nəvəsi taksi ilə onların arxasınca gedirmişlər. Onlar qəzanın üstünə çıxıblar.

Saytımıza verilən məlumata görə, qəzadan sonra Oqtay Əliyev nəfəs alırmış, amma huşu üstündə olmayıb. O, hadisə yerində keçinib.

Qeyd edək ki, bu gün Saray yolunda "Luksus" markalı avtomobilin yoldan çıxaraq, aşması nəticəsində sürücü, tanınmış prodüser və rejissor Oqtay Əliyev dünyasını dəyişib, onun xanımı, əməkdar artist Dilarə Əliyeva və xalq artisti Mehriban Zəki müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda tükürpədici hadisə: Tiktokda tanış olduğu qızı gizli evdə...
Bazar gününə olan hava proqnozu açıqlanıb
Müsabiqə elan olundu: Qalibə 1500 manat veriləcək

Google Chrome yeni funksiyanı təqdim edib

18+

Kişi küçədə rus qadına təcavüz edib
Moskvada nə baş verib? (VİDEO)
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Qaraciyərin Öldüyünü Göstərən 9 Əlamət! AYAQLARA DİQQƏT
Mənzildən 23 yaşlı gəncin meyiti tapıldı