Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
85280
az

Klinika Saakaşvilinin müalicəsindən imtina edir

22:2122 Mart, 2023
111
DÜNYA
  • A

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin müalicə olunduğu “Vivamed” klinikası onun bundan sonra müəssisədə qalmasından imtina edib. Bununla bağlı klinika Penitensiar Xidmətə müraciət etmək niyyətində olduğunu bildirib.

 

Oxu24.com xəbər verir  ki, Bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.


Klinikanın bəyanatında deyilir ki, Saakaşvili yalnız  başqa müəssisədə  müalicəyə razıdır və tibb işçilərinə etimad göstərmir.

Saakaşvilinin vəkili ötən ilin may ayından Saakaşvilinin qaldığı klinikanın açıqlamasını “anlaşılmaz” adlandırıb. “Bu nə deməkdir - onu başqa bir müəssisəyə aparın, bu haradadır? Koloniyada, həbsxanada? Bu, onun vəziyyətində ölüm hökmü olacaq”, - Xaçapuridze bildirib.

Mtavarinin sözlərinə görə, Saakaşvili ailəsi hələ də Polşa həkimlərinin qəbulu üçün Gürcüstan Ədliyyə Nazirliyindən rəsmi icazə gözləyir.

Fevralın sonunda Gürcüstanın Xalq Müdafiəsi İdarəsinin çağırdığı həkimlərdən ibarət ekspert qrupu Saakaşvilinin vəziyyətinin kəskin pisləşdiyini və ölümlə nəticələnə biləcək fəsadlar  təhlükəsini açıqlayıb.

 

Tərcümə: Miri Məcidli

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İbn Sinanın bəhs etdiyi qida: zəkanı artırır, gözə dərman...
Məşhur aktrisadan şok iddia:

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı