Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
85229
az

Saçlara qulluq edəndə bu səhvlərə yol verməyin!

12:1022 Mart, 2023
207
TİBB
  • A

Saçların vəziyyətinə və sağlamlığına saçlara edilən düzgün qulluq böyük təsir edir.

Bəzən saçlara qulluq edəndə biz bilmədən səhvlərə yol veririr ki, bu da saçlarımızın vəziyyətinə mənfi təsir edir.


1. Saçlarınızı isti su ilə yumayın!

Bu saçları korlayır, onların yağlılığını artırır ki, saçlar daha tez çirklənir. Ancaq soyuq su ilə də yumaqdan çəkinmək lazımdır.

Saçları yuyarkən suyun temperaturu təxminən 36-37° C olmalıdır. Saçlar nə qədər yağlı olarsa, onların yuyulması üçün istifadə edilən su da bir o qədər sərin olmalıdır.

2. Saçlarınızı yuyanda onları əvvəlcədən yaxşı isladın!

Bu çox vacibdir. Şampunu quru və ya pis isladılmış saçlara vuranda, saçlar yaxşı yuyulmur, çirkli qalır.

3. Saçlarınızı yuduqda az miqdarda şampundan istifadə edin!

Bəzi qadınlar fikirləşir ki, şampun nə qədər çox miqdarda istifadə olunarsa, saçlar da o qədər təmiz olacaq. Bu səhv fikirdir. Əksinə çoxlu miqdarda şampundan, müxtəlif balzamlardan, kondisionerlərdən istifadə edən qadının saçları daha tez korlanır və tökülür.

4. Nəm saçları daramayın!

Bir çox qadınlar saçları yuduqdan dərhal sonra darayır. Lakin bunu etmək olmaz. Dəri yumşaq olur və saçlar darananda daha təz qopur.

5. Nəm saçlarla yatmayın!

Heç bir halda nəm, kifayət qədər qurudulmamış saçlarla yatmaq olmaz. Yaş saçlar quruyarkən dəri uzun müddət ərzində soyuyur. Nəticədə dəridə qan dövranı və saçların qidalanması da pisləşir. Bütün bunlar saçların inkişafına mənfi təsir edərək onların daha güclü şəkildə tökülməsinə səbəb ola bilər.

6. Soyuq havada başıaçıq gəzməyin!

Soyuğun təsirindən baş dərisində qan dövranı pisləşir ki, bu da saçların vəziyyətinə mənfi təsir edir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bələdiyyə sədri həbs olunub