İranın Cənubi Xorasan əyalətində yerləşən Mod şəhərinin yaxınlığında baş verən ağır yol qəzasında azı 5 nəfər ölüb, 44 nəfər yaralanıb.
Oxu24.com İRNA-ya istinadən xəbər verir ki, bu barədə Cənubi Xorasan əyalətinin yol polisinin rəisi Əlireza Rezai bildirib.
Onun sözlərinə görə, yerli vaxtla saat 04:06-da Bircənd-Sarbiş yolunun 25-ci kilometrində, Mod şəhərindən 5 kilometr məsafədə avtobus aşıb.
Ə.Rezai məlumat verib ki, 41 nəfər xəstəxanaya çatdırılıb, 3 yaralıya isə yerində tibbi yardım göstərilib.
Nigar
Oxu24.com
ŞƏRHLƏR