ABŞ Maliyyə Nazirliyi pilotsuz təyyarələr və silah istehsalında İranı dəstəkləyən dörd hüquqi və üç fiziki şəxsə qarşı sanksiya tətbiq etdiyini açıqlayıb.
Oxu24.com-un xəbərinə görə, bu barədə Nazirliyin saytında məlumat verilib.
“Bu gün ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi Federal Təhqiqatlar Bürosu ilə koordinasiyalı olaraq, İran və Türkiyədə dörd şirkət və üç fiziki şəxsə İranın pilotsuz uçan aparatların və silahların istehsalı proqramlarına dəstək verdiyi üçün məhdudiyyət tətbiq edib” – məlumatda deyilir.
Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR