Ukraynada müharibə davam edərkən Rusiya ilə NATO arasında dialoq mümkün deyil.
Oxu24.com xəbər verir ki, bu barədə alyansın baş katibi Yens Stoltenberq bildirib.
"Əvvəllər Moskva ilə blok arasında dialoq Rusiya-NATO Şurasının yaradılmasına kömək edərdi, lakin indiki şəraitdə o, fəaliyyətsizdir",- deyə Stoltenberq etiraf edib.
Şura çərçivəsində əməkdaşlıq hətta 2014-cü ildə Krımın ilhaqından sonra da diplomatik səviyyədə davam edib. Bundan əvvəl tərəflər birgə və hərbi qarşılıqlı fəaliyyət çərçivəsində işləyirdilər: qurum beynəlxalq terrorizmlə mübarizədə səyləri əlaqələndirmək üçün 2002-ci ildə yaradılıb.
2021-ci ilin oktyabrında NATO Katibliyi Rusiya daimi nümayəndəliyinin səkkiz əməkdaşının akkreditasiyasını geri götürüb və diplomatik missiya üzvlərinin ümumi sayının 10 nəfərə endirilməsi barədə göstəriş verib. Buna cavab olaraq Moskva bütün daimi nümayəndəliyinin, eləcə də NATO-nun Moskvadakı hərbi əlaqə missiyasının işini dayandırıb.
Tərcümə: Nigar
Oxu24.com
ŞƏRHLƏR