ABŞ Silahlı Qüvvələrinin birinci qarnizonu çərşənbə axşamı Polşanın Poznan şəhəri yaxınlığında fəaliyyətə başlayıb.
Oxu24.com xəbər verir ki, Polşa mətbuatı məlumat yayıb
“Çərşənbə axşamı günü Poznanda ABŞ ordusunun qarnizonu yerləşdirildi, O, Polşadakı digər Amerika bölmələrini dəstəkləyəcək”, - deyə mətbuat Polşa Müdafiə Nazirliyinin rəhbəri Mariuş Blaşakın sözlərindən sitat gətirib.
“Biz ABŞ ordusunun daimi olaraq ölkəmizdə olmasını həqiqətən yüksək qiymətləndiririk. Avropanın düşdüyü vəziyyəti nəzərə alaraq biz bunu xüsusilə yüksək qiymətləndiririk. Qərb dünyasının həmrəy olması vacibdir ki, Qərb dünyası özünü təhlükəsiz hiss etsin və silahlı qüvvələrimiz əməkdaşlıq edəndə özünü təhlükəsiz hiss etsin – belə əməkdaşlığa misal olaraq Poznanda ABŞ ordusu qarnizonunun yaradılmasını göstərmək olar”, - deyə nazir bildirib.
Amerikanın Varşavadakı səfiri Mark Bzezinski açılış mərasimində hadisəni tarixi adlandırıb.
“Bu, dünyaya ABŞ-ın Polşa və NATO-ya sadiq olduğunu açıq şəkildə göstərir”, - deyə mətbuat diplomatın sözlərini sitat gətirib.
Qarnizon ABŞ prezidenti Co Baydenin keçən il ABŞ-ın Polşada daimi varlıq yaratmaq niyyətində olduğunu elan etdikdən sonra yaradılıb.
Hazırda Polşada 10 mindən çox Amerika əsgəri var.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR