Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
85057
az

Prezident Qanun imzaladı

16:0217 Mart, 2023
248
SİYASƏT
  • A

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" Sazişin təsdiq edilməsi barədə qanunu imzalayıb.

Oxu24com-un xəbərinə görə, sənəddə qeyd edilib ki, sorğu edən razılığa gələn tərəfin müraciəti əsasında və bu Sazişdə ehtiva edilən şərtlərdən əlavə rəsmiyyətçiliyə yol vermədən, sorğu edilən razılığa gələn tərəf sorğu edən razılığa gələn tərəfin dövlətinin ərazisinə daxil olmaq, qalmaq və ya yaşamaqla bağlı qüvvədə olan şərtlərinə əməl etməyən və ya bu şərtləri artiq yerinə yetirməyən, həmin sorğu edilən razılığa gələn tərəfin dövlətinin vətəndaşı olması sübut olunan və ya ilkin baxış nəticəsində əldə olunmuş (prima facie) dəlillərlə əsaslandırılmış şəkildə ehtimal edilən bütün şəxsləri readmissiya edir.

Sorğu edilən Razılığa gələn Tərəf həmçinin aşağıdakı şəxsləri readmissiya edir:

Şəxsin doğum yerindən və ya vətəndaşlığından asılı olmayaraq yetkinlik yaşına çatmamış subay uşaqları, əgər onlar sorğu edən razılığa gələn tərəfin dövlətində müstəqil yaşamaq hüququna malik deyildirlərsə;

Şəxsin sorğu edilən razılığa gələn tərəfin ərazisinə daxil olmaq və qalmaq hüququna malik digər ölkənin vətəndaşı olan və ya heç bir vətəndaşlığı olmayan ərləri/arvadları, əgər onlar sorğu edən razılığa gələn tərəfin dövlətində müstəqil yaşamaq hüququna malik deyildirlərsə;

sorğu edən razılığa gələn tərəf, hemçinin sorğu edən razılığa gələn tərəfin dövlətinin ərazisinə daxil olduqdan sonra sorğu edən razılığa gələn tərəfin dövlətində vətəndaşlığına həmin dövlətin qanunvericiliyin uyğun olaraq xitam verilmiş, sorğu edən razılığa gələn tərəfin dövlətinin ərazisində qeyri-qanuni qalan va ya yaşayan şəxsləri, əgər bu şəxslər sorğu edən razılığa gələn tərəfdən vətəndaşlığa qəbul edilmək barədə ən azı vəd almamışdırlarsa, readmissiya edir.

Readmissiya ediləcək şəxs Azərbaycan Respublikası və ya Serbiya Respublikasının vətəndaşlığına mənsub olmasından əlavə üçüncü dövlətin vətəndaşı olduğu halda, sorğu edən razılığa gələn tərəf readmissiya ediləcək şəxsin geri qaytarılacağı dövlətə dair seçimini nəzərə alır.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM
Paşinyan Azərbaycanla sülh barədə: “Kosmosa uçuşlar da qeyri-real görünürdü”
Samir Nuriyev İqor Petrişenko ilə görüşüb

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi