Yeni Zelandiyada deputatlara rəsmi mobil telefonlarda “TikTok” sosial şəbəkə tətbiqindən istifadə etmək qadağan edilib.
Oxu24.com xəbər verir ki, bu barədə “New Zealand Herald” nəşri yazıb.
Quraşdırılmış “TikTok” tətbiqi martın 31-dən deputatların bütün telefonlarında işləməyəcək.
Parlament administrasiyasının rəhbəri Rafael Qonsales-Montero bildirib ki, millət vəkilləri və parlamentin bütün əməkdaşlarına “TikTok”un bütün xidmət cihazlarından silinəcəyi barədə məlumat verilib:
“Parlamentin hazırkı iş mühitində bu risklər qəbuledilməzdir. Peşə vəzifələrini yerinə yetirmək üçün buna ehtiyacı olanlar üçün güzəştlər ediləcək”.
Oxu24.com
ŞƏRHLƏR