İraqın Hələbcə şəhərində 5,1 bal gücündə zəlzələ baş verib.
Oxu24.com xəbər verir ki, ABŞ Geoloji Xidmətinin saytında yer alan məlumata görə, saat 21.32-də Hələbcədən 6 kilometr şimal-şərqdə baş verən 5,1 bal gücündə zəlzələ baş verib.
Zəlzələ yerin 10 kilometr dərinliyində baş verib.
Yerli mətbuatda yer alan xəbərlərdə yeraltı təkanların ətraf şəhərlərdə də hiss edildiyi bildirilib.
Dağıntı və itkilər barədə məlumat yoxdur.
Tərcümə: Aynurə Məcidova
Oxu24.com
ŞƏRHLƏR