Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın beynəlxalq mexanizmlərin yaradılması üçün BMT Təhlükəsizlik Şurasına müraciət etmək təklifini “inanılmaz söz oyunu” adlandırıb.
Oxu24.com xəbər verir ki, bu barədə M.Zaxarova həftəlik brifinqdə bildirib.
“Yayınmadakı möcüzələr... Başqa ifadə tapa bilmirəm. Nə nəzərdə tutduğuna dair heç bir fikir yürütməyə və dediklərini təhlil etməyə cəhd etməyəcəyəm.
Razılaşmaları və sazişləri də xatırlatmayacağam. Çünki bu ifadə o qədər izaholunmazdır ki, onu izah etmək fikrində deyiləm. Bu, inanılmaz söz oyunudur” – o deyib.
Nigar
Oxu24.com
ŞƏRHLƏR