Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84992
az

Ağır qəza baş verib: Yaralılar var

19:5316 Mart, 2023
121
CƏMİYYƏT
  • A
Cəlilabad rayonunda dörd avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib. "Report"un Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabad şəhərinin H. Əliyev prospektində qeydə alınıb. Belə ki, avtoyuma məntəqəsinin işçisi avtomobil sahibinin etibarından sui-istifadə etməklə "BMW" markalı minik avtomobilini avtoyumadan götürüb. O, avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törədib və nəticədə zəncirvari qəzaya səbəb olub. Qəza zamanı 4 avtomobil toqquşub. Qəza nəticəsində sürücülərdən biri, Biləsuvar rayon sakini, 1982-ci il təvəllüdlü Bəhruz Quliyev xəsarət alıb. Yaralı rayon xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türk Hava Yolları Beyruta uçuşları dayandırdı
İlkin Süleymanovun məhkəməsi: Bəraət verildi?
Avqustun ilk günü hava necə olacaq?

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Qusarda narkotik bitkilər məhv edilib