Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84990
az

“Nərmin işi”ndə ekspert rəyini əsaslandıra bilmədi

19:4716 Mart, 2023
287
KRİMİNAL
  • A

Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı oğurlayıb öldürməkdə, meyiti isə yandırmaqda ittiham olunan İlkin Süleymanovun məhkəməsi davam edir.

OXU24.COM qafqazinfo-ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Tovuz rayon məhkəmə-tibb eksperti Nurlan Abbasov dindirilib. O, Nərminə aid olduğu deyilən meyitin müayinəsi ilə bağlı rəyi imzalamış ekspertlərdən biridir.

Qeyd edək ki, ekspertlər rəydə meyitin bir dəfəyə yandırıldığını qeyd edib. Lakin müdafiə tərəfi deyir ki, meyit əvvəlcədən başqa yerdə yandırılıb. Sonradan onun əyninə paltar geyindirilib, ikinci dəfə də İlkingilin evinin yaxınlığında yandırılıb. Belə ki, bədənin elə hissələri var ki, onlar kömürləşmə həddində yanıb, amma paltarların o hissələri salamatdır.

Vəkillər ekspertdən meyitin yandırılması haqda verdiyi rəyi əsaslandırmasını istəyiblər. "Mən bu suala cavab verə bilmərəm", - deyə Nurlan Abbasov qeyd edib. Daha sonra müdafiəçilər ondan sintetik paltar yanmadığı halda, bədənin həmin hissəsinin tam yanmasının mümkün olub-olmaması haqda soruşublar. Nurlan Abbasov, "bu, ola bilər...", - deyə cavab verib.
Ətraflı

Vəkil Zabil Qəhrəmanov ekspertdən İlkin Süleymanovu haradan tanıdığını, əvvəllər görüb-görmədiyini soruşub. O bildirib ki, ilk dəfə polis şöbəsində görüb, daha sonra isə mediada. Məlum olub ki, İlkin Süleymanov həbs olunduğu ilk günlərdə onun işgəncəyə məruz qalmaması haqda rəy vermiş ekspert də məhz Abbasov imiş.

Qeyd edək ki, İlkin Süleymanov məhkəmədə daha əvvəl bildirmişdi ki, Tovuz Rayon Polis Şöbəsində işgəncələrə məruz qaldıqdan və etiraf ifadəsinə imza atdıqdan sonra ora eksperti gətiriblər. Həmin vaxt üzərində gözlə görünən çoxsaylı xəsarətlər olub. Lakin ekspert onların heç birini rəydə göstərməyib. Süleymanov ötən məhkəmədə Nurlan Abbasova bu haqda da sual verib: "Polis şöbəsində saxlanılan şəxsin üstündə gözlə görünən xəsarətlər var, amma onun özü döyülmədiyini deyir. Bu halda, siz o xəsarətləri rəyinizdə qeyd edirsiz, yoxsa yox?" Ekspert onun sualına cavab olaraq, "əlbəttə, qeyd edirik" deyib.

Məhkəmə prosesi martın 29-da davam edəcək.

Qeyd edək ki, 48 yaşlı İlkin Süleymanov 10 yaşlı Nərmin Quliyevanı oğurlayıb xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinir. İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq 47 gün sonra qətlə yetirib. Lakin o, azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. Süleymanov 4 gün Tovuz Rayon Polis Şöbəsində işgəncəyə məruz qaldığı üçün etiraf ifadəsinə imza atdığını bildirir. Baş Prokurorluq isə İlkinə işgəncə verilməsi faktını təkzib edir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xaçmazda evdən qadının meyiti tapıldı
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ
İsmayıllıda gənc oğlanın meyiti tapıldı

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi