Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84983
az

Sərhədçilərlə görüşlər keçirildi - FOTO

18:1716 Mart, 2023
489
HƏRBİ
  • A

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən birgə tədbirlər planına uyğun olaraq, 16 mart 2023-cü il tarixdə Sərhəd Qoşunlarının Qubadlı və Zaqatala rayonları ərazisində yerləşən hərbi hissələrində şəxsi heyətlə görüşlər keçirilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

OXU24.COM  Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinə istinadən bildirir ki, tədbirlər zamanı şəxsi heyət Novruz bayramı münasibətilə təbrik edilib, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu milli sərhəd siyasətinin uğurla həyata keçirilməsi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin göstərdiyi ali diqqət və qayğı nəticəsində ölkə sərhədlərinin etibarlı mühafizəsinin ən yüksək tələblər səviyyəsində təşkil olunması istiqamətində əldə edilmiş nailiyyətlər vurğulanıb.

Çıxışlar zamanı cinayət hadisələrinin qarşısının alınması, qanunvericiliyin tələblərinə riayət edilməsi, hərbi intizamın möhkəmləndirilməsi mövzularında şəxsi heyətə müvafiq tövsiyələr verilib.


Tədbirlərdə iştirak edən rəsmi şəxslər hərbi hissələrdə yaradılmış şəraitlə yaxından tanış olmuş, xidmətdə fərqlənmiş hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim ediblər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Daha bir Vətən müharibəsi iştirakçısı vəfat etdi
Vətən müharibəsi iştirakçısı olan zabit vəfat etdi
Baş Qərargah rəisi komandir və rəis heyəti ilə görüşdü

Bakıda “iPhone 16” bu mağazada satılır - QİYMƏT

18+

Bakıda tükürpədici hadisə: Arvadını xəyanət üstündə tutdu - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Azərbaycanlı rəssamın qızı faciəvi şəkildə öldü