Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi İmanqali Tasmaqambetov Ermənistana gedib.
Oxu24.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, onun bir sıra rəsmi şəxslər, o cümlədən baş nazir Nikol Paşinyanla görüşü gözlənilir.
Xatırladaq ki, İ.Tasmaqambetov ötən ilin noyabrında bu vəzifəyə təyin olunub. Bundan əvvəl KTMT-nin Baş katibi Stanislav Zas idi.
Nigar
Oxu24.com
ŞƏRHLƏR