Bakıda məşhur influenserlər Həmidə Hacıyeva və Banu Allahverdinin başına butulka atılıb.
OXU24.COM Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Həmidə Hacıyeva özünün sosial şəbəkə hesabında paylaşım edib.
O, paylaşımında qeyd edib ki, hadisə Banu mağazadan çıxarkən baş verib:
"Gördüyünüz pəncərədən bir kişi (yəqin ki, əqli gerilik problemli) araq butulkasını düz başıma atdı. Bir saniyə tez arxaya çəkilməsəydim, o şüşə mənim başıma düşəcəkdi. Şüşəni atdıqdan sonra diqqətlə nə baş verdiyini izləyirdi. Təkrar nəsə atar deyə, ehtiyat edib mağazada gözlədik. Qızlar mağazada məlumat verdilər ki, bu hadisə son günlər bir neçə dəfə baş verib. Məncə, bu şəxslə bağlı bir tədbir görülməlidir. Yoxsa bir gün pəncərədən atdığı hansısa əşya kiməsə ağır xəsarət verəcək".
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən məsələ ilə bağlı araşdırma aparılır:
"İctimaiyyətə əlavə məlumat veriləcək"
Oxu24.com
ŞƏRHLƏR