Kolumbiyanın mərkəzində yerləşən Sutatausa bələdiyyəsində daş kömür şaxtalarında baş verən silsilə partlayışlar nəticəsində azı 11 nəfər ölüb.
Oxu24.com xəbər verir ki, bu barədə yerli “El Tiempo” qəzeti martın 15-də məlumat yayıb.
Məlumata görə, partlayışlar zamanı mədənlərdə 30-dan şaxtaçı olub. Bildirilib ki, şaxtanın tunellərində 17 nəfər köməksiz vəziyyətdə qalıb. Hadisə yerində xilasedicilər fəaliyyət göstərir.
Əvvəlcə Sutatausadakı daş kömür şaxtalarından birində partlayış olub. Bunun ardınca qonşu dörd şaxtada silsilə partlayışlar baş verib.
Nigar
Oxu24.com
ŞƏRHLƏR