Bəzi insanlarda əllərin içi uşaqlıqdan həmişə qırmızı olur. Bu Lane xəstəliyinin simptomudur.
Bu xəstəlik irsi xarakter daşıyır və əllərin qan dövranında bəzi pozulmalarla bağlıdır. Xəstəlik insan sağlamlığı üçün heç bir təhlükə yaratmır.
Lakin bəzən bu simptom daha təhlükəli xəstəliklərdən xəbər verir. Əgər sizdə bu simptom birdən-birə əmələ gəlib və eyni zamanda sağlamlığınızda digər pozulmalar da yaranıbsa, mütləq həkim müayinəsindən keçin.
Əllərin içinin qırmızı olması bu kimi xəstəliklərə işarə edə bilər:
Qaraciyər xəstəlikləri
İlk növbədə bu simptom qaraciyər xəstəliklərinə işarə edə bilər. Bu sirroz, hepatit, hepatoz (qaraciyərin piylənməsi) zamanı mümkündür.
Avitaminoz və hipervitaminoz
B qrup vitaminlərinin çatışmazlığı da əllərin içinin qırmızı olmasına səbəb ola bilər.
A vitaminin orqanizmdə artıqlığı bu simptomun səbəblərindən biridir.
Allergiya
Bu zaman qaşınma varsa, bu allergiyanın simptomu ola bilər.
Ürək-damar sistemi xəstəlikləri
Bu qan dövranının pozulmalarına, hipertoniyaya işarə edə bilər.
Şəkərli diabet
Qalxanvari vəzidə pozulmalar
Bəzən qalxanvari vəzi daha az hormon ifraz etməyə başlayır ki, bu hipotireoza ("hipo" - "az" deməkdir) səbəb olur. Hipotireoz zamanı əllərin içində qırmızı ləkələr əmələ gələ bilər.
Oxu24.com
ŞƏRHLƏR